Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi

4-13 Sentyabr, 2014

ÇIXIŞLAR ÜÇÜN ƏRİZƏ QƏBULU ELANI

Siz Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunacaq Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində spiker/təlimçi qismində çıxış etmək üçün müraciət etməyə dəvət olunursunuz!

Layihə haqqında qısa məlumat:

Təşkilatçılar: Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi

Tarix: 4-13 sentyabr, 2014-cü il

Məkan: Quba rayonu, Azərbaycan Dövlət İqtisad Universitetinin yay düşərgəsi

Məqsəd: Təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirmək.

İştirakçıların sayı: 40 nəfər

İştirakçıların profili: Yay Məktəbinə 22-40 yaş arası, Azərbaycan Respublikasının və ya xarici ölkə universitetlərinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclərin cəlb olunması gözlənilir.

Yay məktəbinin dili: Azərbaycan dili

Gözlənilən Nəticələr:

  • 40 nəfər gənc liderin müəyyən edilməsi;
  • İştirakçılara təhsil sahəsində müasir idarəetmənin tətbiqi istiqamətində praktiki bilik və bacarıqlar əldə etmək imkanının verilməsi;
  • İştirakçılara təhsil sahəsindəki beynəlxalq tendensiyalar, Azərbaycan təhsilinin çağırışları haqqında fikir mübadiləsi və onların mümkün həlli yollarının təqdim olunması üçün platformanın təklif olunması;
  • Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması məqsədilə Təhsil Nazirliyi üçün kadr seçmə imkanının yaradılmasının müzakirəsi;
  • Tədbirin sonunda iştirakçılar tərəfindən hazırlanmış bütün materiallar, layihənin təşkilatçıları tərəfindən qiymətləndirilməsi və Təhsil Nazirliyinin müvafiq qurumlarına tanışlıq üçün göndərilməsi.

Qəbul olunacaq çıxışlar haqqında məlumat
Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbinə aşağıdakı mövzular üzrə çıxışlar qəbul olunur:
  • Təhsil siyasəti
  • Təhsildə strateji planlaşdırma
  • Təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi
  • Təhsildə tədqiqatların rolu
  • Təhsildə idarəetmə
  • Təhsildə qiymətləndirmə və monitorinq
  • Məktəb idarəetməsi və liderlik
  • Müəllim hazırlığında innovativ yanaşmalar
  • İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi

Əgər siz bu mövzulardan hər hansı biri üzrə təcrübəniz, araşdırmanız və ya uğur hekayənizlə bölüşmək istəyirsinizsə, mütləq müraciət edin! Çıxışınızı bu formatlardan birində və ya bir neçəsində planlaşdıra bilərsiniz – təlim, təqdimat, müzakirə, vorkşop, debat, TEDx və s.

Ərizəniz qəbul olunduğu halda, siz, Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində çıxış etməyə dəvət olunacaqsınız. Spiker üçün təşkilat tərəfindən 100 AZN dəyərində pul mükafatı nəzərdə tutulmuşdur.

Spikerə və çıxışa qoyulan tələblər:
Spikerin çıxış edəcəyi sahədə təcrübəsinin olması, gənclərdən ibarət auditoriya ilə işləmək bacarığının və təhsilin inkişafına öz töhfəsini vermək həvəsinin olması, mövzunun məqsədəuyğunluğu, tədbiq yönümlüyü və innovativliyi.

Seçim proseduru
Hər bir ərizə forması təşkilatçı qurumları təmsil edən nümayəndə heyəti tərəfindən aparılacaq. Ərizə formaları aşağıdakı meyarlar üzrə qiymətləndirəcək və ən yüsək bal toplayan 5 nəfər spiker/təlimçi qismində Yay məktəbində iştirak etmək üçün dəvət olunacaqlar.

Spikerlər aşağıdakı meyarlar üzrə seçiləcəklər:
1. Təhsil və ya idarəetmə sahəsində təcrübəsi (30 bal)
2. Yay məktəbində iştirak etməkdə motivasiyası (20 bal)
3. Çıxışın məzmununun qiymətləndirilməsi (50 bal)

Çıxışlar aşağıdakı tələblərə cavab verməlidir:
- Mövzuya və yay məktəbinin məqsədinə uyğunluğu, aktuallığı
- Maraqlı, innovativ və yaradıcı olması
- İştirakçılara interaktiv çatdırılması, onların fəal iştirakının təmin olunması
- Praktik əhəmiyyətli olması

Müraciət üçün son tarix – 4 avqust, 2014-cü il.

Bütün müraciətlər nəzərdən keçiriləcək və hər bir spiker yuxarıda qeyd olunan meyarlar üzrə qiymətləndiriləcək. Avqustun 8-dən gec olmayaraq, hər bir ərizəçi seçilib-seçilmədiyi haqqında email və ya telefon vasitəsi ilə məlumatlandırılacaqdır. Seçildiyi təqdirdə spiker 5 gün ərzində planlaşdırdığı çıxışını/təlimini tam şəkildə Yay məktəbinin təşkilatçılarına təqdim etməlidir.

Əlaqə

Suallarınız və təklifləriniz olarsa, Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi layihəsi üzrə əlaqələndirici şəxsə müraciət edə bilərsiniz:
Xuraman Məmmədova,
“Mədəd Azərbaycan” təşkilatı
Tel: (+994 12) 530 8295
Email: khuraman@madad.net

Ərizə forması (online) Ərizə forması (doc) Çıxışlar üçün elan (pdf)

Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar