Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Davranış Kodeksi

Mədəd Azərbaycan təşkilatı dövlət qulluqçuları, biznes və vətandaşların peşəkar inkişafı üçün öyrənmə prosesində innovasiya və təhsil imkanlarını təklif edən milli təşkilatdır.

"Mədəd Azərbaycan" təşkilatı 1999-cu ildə Relief İnternational təşkilatının milli heyəti tərəfindən təsis olunmuş və 2000-ci ildə rəsmi qeydiyyata alınmışdır. Mədəd təşkilatı müvəffəqiyyətlə müstəqil varlığını təsis edib və yerli və xarici donorların dəstəyi ilə müxtəlif istiqamətli yaradıcı, faydalı və davamlı proqramlar həyata keçirmişdir. 10 illik iş təcrübəsinə malik "Mədəd" təşkilatı beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan Respublikasında təhsil, iqtisadiyyat və informasiya texnologiyaları sahələrinin inkişaf prosesinə yaradıcı və konstruktiv yanaşması ilə hədsiz töhfəsini vermişdir.

Davranış Kodeksi

Bu Davranış Kodeksi Mədəd Azərbaycanda yerinə yetirdiyimiz hər bir işdə dürüstlük və yüksək etik normalara öhdəliyimizin ifadəsidir. Burada işlərimizin icrasında düzgün qərar verməkdə bizə kömək etmək məqsədilə bütün işçilərdən riayət etməsi gözlənilən davranış normaları müəyyən olunur.

Bizdən hər birimiz Mədəd Azərbaycanın başlıca dəyərlərinə sədaqətimizi nümayiş etdiririk:

Mükəmməllik və Məsuliyyət

Biz nəticələrə görə məsuliyyəti dərk edərək, hər bir işimizdə mükəmməllik əldə edirik.

İnnovasiya

Biz hər bir işimizdə innovasiyaya üstünlük veriririk.

Düzgünlük

Biz xidmətlərimizi yüksək səviyyədə və düzgün formada çatdırmaq məqsədi ilə korporativ idarəetmə dəyərlərini üstün tuturuq.

İnam

Biz təhsilin sərhədsiz gücünə inanırıq.

Öhdəlik

Biz çalışdığımız icmaların davamlı inkişafına töhfə vermək üçün öhdəlik götürürük

Şəffaflıq və Etika

Bizim fəaliyyətimiz tam şəffafdır və yüksək etik dəyərlərə riayət edir.

Çağırışları Vaxtında Cavablandırma

Bizim fəaliyyətimiz dinamikdir və müasir dünyanın çağırışlarına cavab verir.

Biz bu Kodeksi oxumaq, bilmək və riayət etməyə görə cavabdehlik daşıyırıq.


Ədalətli və Sağlam Mühit

Ədalətli Davranış

Biz sifarişçilərimiz, ictimaiyyət, rəqabətçilər, təchizatçılarımız və bir-birimizlə ədalətlə davranmaq barədə öz üzərimizə öhdəlik götürürük. Biz, dələduzluq, gizlətmə, məxfi məlumatlardan düzgün olmayan formada istifadə, əsaslı faktların düzgün olmayan formada təqdim edilməsi yaxud digər ədalətsiz davranış yaxud əməllərə baş vuraraq heç bir kəs üzərində haqsız yolla üstünlüyə nail olmaq niyyətimiz yoxdur.

Ədalətli İş Prinsipləri və Müxtəliflik

Biz digərlərinə hörmətlə yanaşır, müxtəlif nöqteyi-nəzərləri qiymətləndirir və qərar verərkən peşəkar rəqabətlə bilavasitə əlaqəli olan məziyyət və keyfiyyətləri rəhbər tuturuq. Bu prinsipə əsasən biz bərabər imkanlar, şərəf və ləyaqət, hörmət prinsiplərini təşviq edən iş mühitini təmin etməyə sədaqət göstəririk.

Biz irq, rəng, din, milliyyət, cins, gender kimliyi, yaş, ailə vəziyyəti yaxud qanunla qorunan bu və ya digər xüsusiyyətlər zəminində hər hansı ayrıseçkilik yaxud zorakılıq hallarının qəti qadağan olduğunu bildiririk. Bizim müxtəliflik təşəbbüslərimiz açıq və əhatəli müştərək mədəniyyətə dəstək verir ki, milli və qlobal təşkilat kimi bizim rolumuz üçün bunun vacib olduğunu hesab edirik.

Məxfilik və Kommunikasiyalar

Məlumatların İctimaiyyətə Açıqlanması

Yatırım edən ictimaiyyətə dəqiq və tam məlumatların təmin olunmasına görə hüquqi cavabdehlik daşıyırıq.

Daxili Kommunikasiyalar

Mədəd Azərbaycan təşkilatın işinə təsir edən məsələn təşkilatda baş verən dəyişikliklər, yeni siyasətlər və tövsiyə olunan qabaqcıl təcrübələr kimi məsələlər barədə işçiləri mütəmadi məlumatlandırmağa dair öz üzərinə öhdəlik götürür. Bu kommunikasiyalar yalnız daxili istifadə üçün nəzərdə tutulur.

Media ilə Kommunikasiyalar

Biz Mədəd Azərbaycanın media ilə əlaqələrini qiymətləndirir və başlıca media qrupları ilə müntəzəm, davamlı əlaqə saxlayırıq. Media yaxud ictimaiyyətlə bütün kommunikasiyalar həqiqi, dəqiq və tam olmalıdır.

İş Yerində Təhlükəsizlik və Mühit

Bizim təməl prinsiplərimizdə ətraf mühit baxımından dayanıqlı inkişaf, işçilərimizin sağlamlığı və təhlükəsizliyi dəstəklənməlidir. İşçiləri sağlamlıq, təhlükəsizlik və ətraf mühitlə bağlı məsələlərdə maarifləndirilmək və məlumatlandırmaq və onları davamlı inkişaf prosesinə cəlb etmək lazımdır.

Müxtəliflik və Bərabər İmkanlara dair Öhdəlik

Mədəd Azərbaycan hər bir şəxsin şərəf və ləyaqətini qəbul edir, hər bir işçiyə hörmətlə yanaşır, rəqabətlilik prinsipi əsasında onlara kompensasiya və imtiyaz təmin edir, iş ilə bağlı bilik və bacarıqları genişləndirən təlimlər vasitəsilə özünün inkişafını dəstəkləyir, müxtəliflik və fərqli fikir və ideyaları qiymətləndirir.

Bizim təməl prinsipimiz işçilərimizin bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə onlar üçün lazım təlimlər təşkil etməkdir.

- Bütün işçilər özlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsinə görə cavabdehlik daşıyır.
- İş fəaliyyətimizin ehtiyaclarına müvafiq olaraq biz işçilərimizin bilik və bacarıqlarını təkmilləşdirəcək imkanlar təklif edirik.

Davranış Kodeksi, bunun komponentləri və bunun təməlində duran prinsipləri təkmilləşdirmək üçün biz alətlər və təlimlər təmin edirik.

Kodeksin Tətbiq Forması

Bütün işçilərə Davranış Kodeksinin bir nüsxəsi təqdim olunmalı, bunu oxumalı və buna riayət etməlidirlər. Davranış Kodeksində Mədəd Azərbaycanın mövcud prinsipləri sistemləşdirilərək bunların xülasəsi verilir, gündəlik işimizin istinad etdiyi prinsipləri formalaşdırmaq üçün dəstək vasitəsi olaraq bunlardan istifadə olunmalıdır.

Kodeksin hazırkı versiyaları, eləcə də təməl prinsip və təlimatlara onlayn rejimdə hər zaman çıxış imkanı təmin olunur.

Mədəd təşkilatının Davranış Kodeksinin işçi heyətinin təlim proqramına daxil edilməsi rəhbər işçilərin qarşısında tələb kimi qoyulur.



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar