Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

“MADAD"in heyəti 328 saylı tam orta məktəbdə açıq dərsdə iştirak etdi

"MADAD" təşkilatının nümayəndələri “İbtidai təhsildə mentorluq xidməti” layihəsi çərçivəsində Bakı şəhəri Nizami rayonunda yerləşən 328 saylı tam orta məktəbdə açıq dərslərdə iştirak etdilər. Açıq dərsdə iştirakın məqsədi "MADAD"in təlimçiləri tərəfindən təlimləndirilmiş ibtidai sinif müəllimlərinin dərs keçmə metodikasını müşahidə etmək və qiymətləndirməkdən ibarət olmuşdur.

Mentor İlahə Rüstəmovanın iştirak etdiyi açıq dərsdə 2-ci sinif müəlliməsi olan Gülgün Azayeva vurma ilə bölmənin qarşılıqlı əlaqəsi mövzusunda dərs keçirdi. Dərs “Mauqli” cizgi filminin personajlarının təsviri ilə verilmiş slaydlarla başladı. Mauqlinin dostları arasında meyvələrin necə bölünməsinə dair suallar şagirdlər tərəfindən maraqla qarşılandı. Bölgünün düzgünlüyünü yoxlamaq üsulları ətrafında müzakirə təşkil edildi. Şagirdlər 5 qrupa bölünərək müəllimin verdiyi tapşırıqlar ətrafında tədqiqat apardılar. Tədqiqatın nəticələrini hər qrupdan bir şagird təqdim etdi. Onlar verilmiş misalların həlli üsullarını izah etdilər, tapşırıq üzrə araşdırdıqları heyvan və ya quşlar haqqında maraqlı məlumatlar verdilər. Təqdimatdan sonra qrup təqdimatları qiymətləndirildi. Suallar əsasında dərsdə əldə olunan biliklər bir daha möhkəmləndirildi. “Kim daha tez və daha düzgün” oyunu ilə dərs davam etdi. Qruplar lövhədə təqdim olunan misalları həll edərək oyunu növbə ilə öz yoldaşlarına ötürməklə başa vurdular. Sonda hər qrupun misalları müəllimin köməyi ilə yoxlanıldı, qalib qruplar alqışlandı. Dərsin sonunda müəllim şagirdlərə tapşırıqlar verdi. Dərsdə fəal olan şagirdlər qiymətləndirildi.

Növbəti açıq dərs mentor Şəymən Əliyevanın iştirakı ilə müəllim Səadət Məmmədovanın sinifində keçirildi. “Lalə və Məryəm” mövzusu ətrafında keçirilmiş dərs “Meşəyə insan gəlir” cizgi filmi ilə başladı. Meşədəki heyvanların filmin əvvəlində insana münasibəti ilə filmin sonundakı münasibəti arasındakı fərqi müəyyən etmək üçün müxtəlif suallarla şagirdlərə müraciət edildi. Müəllim şagirdlərin yuxuları haqqında fikirlərini öyrəndikdən sonra dərsin adını elan etdi. Yeni qrammatik qayda ilə tanış olan şagirdlərə işçi vərəqələri paylanmaqla tədqiqat aparmaları tapşırıldı. Tədqiqata başlamamışdan öncə tapşırıqlar müəllim tərəfindən izah olundu. Şagirdlər verilmiş vaxt ərzində öz qruplarında tapşırıqları yerinə yetirdilər. Qruplar təqdimat etdilər. Çəkdikləri ev heyvanı haqqında məlumat verdilər, qrammatik tapşırığı oxudular, krossvordun nəticəsini elan etdilər. Qrupların təqdimatından sonra ümumi işlərin müzakirəsi təşkil edildi. Qrup işləri qiymətləndirildi. Dərsin sonunda qruplar arası oyun keçirildi. Oyunda hər qrup bir heyvanın adını deyir, heyvan adının son hərfi ilə başlayan yeni heyvan adına uyğun növbəti qrup oyunu davam etdirir. Zəncir qırılana kimi bu qayda ilə oyun davam etdirildi. Dərsdə fərqlənən şagirdlər müəllim tərəfindən əvvəlcədən müəyyən edilmiş meyarlarla qiymətləndirildi.

Açıq dərslər müəllimlərin tədris prosesində yeni yanaşmalar, intekaktiv öyrətmə metodikasını tətbiq etdiklərini göstərdi. İbtidai sinif şagirdlərinə vurma və bölmə əməllərinin mahiyyətinin canlı formatda izah olunması, insanların canlı təbiətə qayğısının, heyvanat aləmi haqqında biliklərin catdırılması üçün oyun platformasının yaradılması monitorinq aparan mütəxəssislər tərəfindən olduqca müsbət qiymətləndirildi.

Ümumilikdə, qiymətləndirilmə "MADAD"in təlimlərinin müəllimlərin dərs metodikasına, müasir İKT resurslarının tədris prosesində istifadə olunmasına, dərslərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir etdiyini göstərdi.


Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar