Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə ümumi baxış keçirmək, bu işdə Intel® və tərəfdaş təşkilatların təqdim etdiyi təhsil həllərinin necə faydalı olacağını müzakirə etmək məqsədilə bir araya gəlmişlər. Intel® Korporasiyası, PH International Inc., Microsoft Korporasiyası, və Polymedia şirkətinin təşkilatçılığı ilə keçirilən bu tədbir hər il təhsil mütəxəssisləri və yüksək vəzifəli rəsmi nümayəndələrin iştirakı ilə baş tutur. Mədəd Azərbaycan təşkilatını konfransda təşkilatın icraçı direktoru, Intel® Təhsil Layihələri üzrə məsul şəxs və təşkilatın baş təlimçilərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.

İnternet vasitəsilə onlayn yayımlanan konfrans iştirakçıları qabaqcıl təhsil yanaşmaları və standartları, məktəblərin yenilənməsi və müəllimlərin yeni rolu, mobil təhsil və sosial media, məlumatın idarəolunması, bacarıq əsaslı yanaşma və formativ qiymətləndirmə, formal və informal təhsil, müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi kimi mövzular ətrafında müzakirələr aparmışlar. Tədris və müzakirə sessiyalarından ibarət olan konfrans iştirakçılara İKT-ni təhsilə tətbiq edən 1 şagird – 1 kompüter, Intel® Education Galaxy, Microsoft Partners in Learning, GoogleSite kimi onlayn platformalar və XXI əsr təhsil mühitinə uyğun reallaşdırılan digər yeni layihələr haqqında da məlumatlanmağa imkan yaratmışdır.

Konfrans zamanı Azərbaycandakı İKT-nin təhsildə tətbiqi modeli nümunə olaraq təqdim olunmuş və Azərbaycanda müəllim və şagirdlərin inkişafında ən müasir texnologiyaların tətbiqi və uğurlu nəticələrin öyrənilməsinə xüsusi bir sessiya həsr olunmuşdur. "Mədəd Azərbaycan" təşkilatının icraçı direktoru Vüsal Xanlarov və "Mədəd Azərbaycan" təşkilatının baş təlimçisi Bəyaz Novruzova "Azərbaycan Elektron Təhsil Mühitinin Formalaşması" başlıqlı sessiya təqdim etmişlər. Konfrans iştirakçıları Azərbaycanda İKT-nin təhsilə tətbiqi üzrə Dövlət Proqramının əsas komponentləri və ölkənin XXI əsr təhsil standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər haqqında məlumat əldə etmişlər.

Konfransın sonunda "Mədəd Azərbaycan" təşkilatının Intel® Korporasiyası ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirdiyi təhsil layihələrinə qiymət verilmiş və təşkilat xüsusi mükafata layiq görülmüşdür. Növbəti konfransın 2013-cü ilin sonu Moskvada keçirilməsi planlaşdırılır.


Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar