Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi

4-13 Sentyabr, 2014

İŞTİRAKÇI SEÇİMİ ÜÇÜN ELAN

Siz Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunacaq Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı olmaq üçün müraciət etməyə dəvət olunursunuz!

Layihə haqqında qısa məlumat:

Təşkilatçılar: Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi

Tarix: 4-13 sentyabr, 2014-cü il

Məkan: Quba rayonu, Azərbaycan Dövlət İqtisad Universitetinin yay düşərgəsi

Məqsəd: Təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirmək.

İştirakçıların sayı: 40 nəfər

İştirakçıların profili: Yay Məktəbinə 22-40 yaş arası, Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclərin cəlb olunması gözlənilir.

Yay məktəbinin dili: Azərbaycan dili

Yay məktəbinin məzmunu:

Yay məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, vorkşop, debat və TEDx formatında aşağıdakı mövzuların əhatə olunması planlaşdırılır:

  • Təhsil siyasəti
  • Təhsildə strateji planlaşdırma
  • Təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi
  • Təhsildə tədqiqatların rolu
  • Təhsildə idarəetmə
  • Təhsildə qiymətləndirmə və monitorinq
  • Məktəb idarəetməsi və liderlik
  • Müəllim hazırlığında innovativ yanaşmalar
  • İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi

Yay məktəbinin fəaliyyətlərindən birinin aşağıdakı qaydada keçirilməsi nəzərdə tutulmuşdur:
  • İştirakçılar 4 nəfərdən ibarət qruplara bölünəcək və hər qrupa aşağıdakı keysə uyğun tapşırıq veriləcək:
“Fərz edin ki, Siz müəyyən təhsil müəssisəsində idarəedici vəzifəyə təyin olunmusunuz. Həmin təhsil müəssisənin tabe olduğu təhsil şöbəsinin rəhbəri Sizə yeni təyin olunduğunuz vəzifədə məktəbinizin inkişafı üçün strateji plan hazırlamağı tapşırıb. AR Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan prioritetləri nəzərə alaraq, təhsil müəssisənizin üç illik strateji planını və bir illik fəaliyyət planını hazırlayın.”

Layihənin sonunda hazırlanmış strateji və fəaliyyət planları iştirakçılara və təşkilatçılara təqdim olunacaq və oponent qruplar tərəfindən müzakirə/təhlil olunacaq.

Gözlənilən Nəticələr:
  • 40 nəfər gənc liderin müəyyən olunacaq;
  • İştirakçılara təhsil sahəsində müasir idarəetmənin tətbiqi istiqamətində praktiki bilik və bacarıqlar əldə etmək imkanı veriləcək;
  • İştirakçılara təhsil sahəsindəki beynəlxalq tendensiyalar, Azərbaycan təhsilinin çağırışları haqqında fikir mübadiləsi və onların mümkün həlli yollarının təqdim olunması üçün platformanın təklif olunacaq;
  • Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması məqsədilə Təhsil Nazirliyi üçün kadr seçmə imkanının yaradılması müzakirə olunacaq;
  • Tədbirin sonunda iştirakçılar tərəfindən hazırlanmış bütün materiallar layihənin təşkilatçıları tərəfindən qiymətləndiriləcək və Təhsil Nazirliyinin müvafiq qurumlarına tanışlıq üçün göndəriləcək.

İştirakçıya qoyulan tələblər:
  • 22-40 yaş arası
  • Bakalavr diplomu
  • Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanışlıq
  • Araşdırma aparmaq və onu təqdim etmək bacarıqları
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları
  • Analitik düşünmə, tənqidi düşünmə, problemi həll etmə bacarıqları

Seçim proseduru

Seçim proseduru aşağıdakı addımlardan ibarət olacaq:

1. Ərizə forması və motivasiya məktubu

Maraqlanan şəxslər onlayn ərizə forması və Maraq İfadəsini 4 avqust 2014-cü il tarixindən gec olmayaraq Təşkilatçılar Komitəsinə göndərməlidirlər. Ərizə formalarına baxıldıqdan və qiymətləndirmədən sonra, müəyyən keçid balı toplamış ərizəçilər növbəti seçim mərhələsinə dəvət olunacaqlar.

2. Müsahibə

Birinci seçim turunu uğurla keçən namizədlər avqust ayında Təşkilatçılar Komitəsinin üzvləri ilə müsahibəyə dəvət olunacaq və müsahibəni uğurla keçən namizədlər Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirak etmək hüququ qazanacaqlar.

Əlaqə

Suallarınız və təklifləriniz olarsa, Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi layihəsi üzrə əlaqələndirici şəxsə müraciət edə bilərsiniz:
Xuraman Məmmədova,
“Mədəd Azərbaycan” təşkilatı
Tel: (+994 12) 530 8295
Email: khuraman@madad.net

Ərizə forması (online) Ərizə forması (doc) İştirakçı Elanı (pdf)

Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar