Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

“Mədəd Azərbaycan” təşkilatının nəzdində müəllimlərin beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması üçün Microsoft İT Akademiyası açılmışdır

Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan və Microsoft şirkəti arasında razılaşdırılan əməkdaşlığa əsasən “Mədəd Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikatlaşdırılması” layihəsi çərçivəsində “Mədəd Azərbaycan” təşkilatının nəzdində Microsoft İT Akademiyası açılmışdır.

2014-cü ilin əvvəlində icrasına başlanılan bu innovativ layihə ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə yönəldilib və 3 əsas komponentdən ibarətdir:

1. İKT-nin təhsildə tətbiqinə və layihə metodikasına əsaslanan təlimlər və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma;
2. İngilis dilinin pedaqogikası və Cambridge universitenin “Tədris Bilik və Bacarıqları” təlimi metodikası üzrə distant təlim və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma;
3. Microsoft İT Akademiyası vasitəçiliyi ilə Microsoft “Sertifikatlaşdırılmış Təhsil İşçisi” istiqamətində distant təlim və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma.

Mədəd Azərbaycan təşkilatı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra layihələri icra edən və təhsilin inkişafında xüsusi xidmətləri olan bir təşkilatdır. Elə bu məqsədlə də, məhz Mədəd Azərbaycan təşkilatının nəzdində Microsoft İT Akademiyası yaradılmış və Azərbaycanda müəllimlərin və digər pedaqoji heyətin Microsoft proqramı üzrə sertifikatlaşdırılmasına nəzarət edən mərkəz kimi inkişafı nəzərdə tutulmuşdur. Microsoft İT Akademiyasının proqramlarında iştirak etməklə, müəllimlər İKT-dən tədris aləti kimi istifadə üzrə əhatəli bilik və bacarıqlara yiyələnəcək və şagirdlərin təhsil prosesində uğur əldə etmələri üçün müxtəlif elektron tədris alətləri ilə tanış olacaqlar.

Microsoft İT Akademiyası Microsoft səlahiyyəti çərçivəsində yüksək keyfiyyətli təlim kurslarından keçməyə imkan yaradır. Birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə yönəlmiş layihə zamanı Microsoft İT Akademiyasının təşkil etdiyi təlimlərdən uğurla keçən müəllimlər imtahan verəcək və “Microsoft Certified Educator” (“Microsoft Sertifikatlaşdırılmış Təhsil İşçisi”) beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.

Bundan əlavə, bu layihənin bir hissəsi kimi müəllimlər Microsoft Office 365 alətlərindən istifadə edəcəklər. Layihə iştirakçıları arasında səmərəli ünsiyyət vasitəsini təmin etmək və gələcəkdə peşəkar inkişaf imkanlarının dəstəklənməsi məqsədi ilə iştirakçıların vahid şəbəkə vasitəsilə birləşməsi üçün hər bir iştirakçı Microsoft Office 365 alətləri ilə təmin olunacaqlar.


Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar