Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Azərbaycan məktəbləri eTwinning Plus layihəsinə qoşulurlar

2013-cü ildən etibarən Azərbaycan beynəlxalq eTwinning Plus layihəsində iştirak edir. Layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında Mədəd təşkilatı tərəfindən icra olunur.

eTwinning Plus nədir? Bu proqram Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan eTwinning layihəsinin genişlənməsidir. Layihə pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Azərbaycan digər 5 ölkə ilə yanaşı Avropa İttifaqının qonşuluq siyasətinə əsasən eTwinning Plus layihəsinə üzv olmuşdur. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından (http://plus.etwinning.net) istifadə edərək, 33 Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycanlı şagirdlər də Avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanacaqlar. eTwinning Plus portalında qeydiyyatdan keçdikdən sonra müəllimlər və şagirdlər avropalı həmkarları ilə ortaq layihələr icra etməyə başlayırlar. Beləliklə, şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual layihələr yaradılır.

Layihədə iştirak edən məktəb, müəllim və şagirdlərə dəstək olmaq, onları lazımi təlim və konsultasiya ilə təmin etmək məqsədilə hər iştirakçı ölkədə Əməkdaşa Dəstək Agentliyi yaradılmışdır. Azərbaycanda Mədəd təşkilatı bu rolu yerinə yetirəcək, yəni layihənin icrasını və koordinasiyasını həyata keçirəcəkdir.

2013-cü il üçün pilot layihəyə 20 məktəbdən ən azı 40-a yaxın aktiv, innovativ və texniki bacarıqlara malik müəllimin iştirakı nəzərdə tutulmuşdur. Müəllimlərin seçimi Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Mədəd təşkilatı tərəfindən həyata keçirilir. Məktəblər və hər məktəbdən seçilmiş müəllimlər eTwinning Plus portalında qeydiyyata alınır və təlimdə iştirak etdikdən sonra portalda fəaliyyətə başlayırlar. Müəllimlərin fəaliyyəti mütəmadi olaraq izlənəcək və ən uğurlu layihələr, ən aktiv müəllimlər seçilərək mükafatlandırılacaqlar. Bundan əlavə, ən həvəsli və qabaqcıl müəllimlər eTwinning layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirak etməyə dəvət olunacaqlar.

Layihənin Azərbaycanda tətbiq mərhələsi 2013-cü ilin yay aylarında başlamışdır. eTwinning Plus layihəsini müəllim və məktəb rəhbərlərinə təqdim etmək məqsədilə bir sıra görüşlər keçirilmişdir. Layihənin ölkəmizdə tətbiqi ilə bağlı yenilik və xəbərləri ictimaiyyətə və layihə iştirakçılarına çatdırmaq üçün yeni vebsayt və facebook səhifəsi yaradılmışdır. Mədəd təşkilatı eTwinning Plus layihəsinə cəlb etmək və ən həvəsli müəllimləri seçmək məqsədilə müsahibələr təşkil etmişdir. Avqustun 30-u üçün olan məlumata əsasən 15 məktəbdən 30 müəllim seçilmiş və eTwinning Plus portalında qeydiyyata salınmışdır. Seçmə mərhələləri davam edən dövr ərzində daha çox məktəb və müəllim qeydiyyata alınacaqdır.

eTwinning Plus portalında qeydiyyata alınmış müəllimlər sentyabr ayının əvvəllərindən etibarən təlimlərə cəlb olunur və portaldan səmərəli istifadə, layihə əsaslı öyrənmə və tədris prosesində İKT alətlərin tətbiqi sahəsində faydalı bilikdən bəhrələnirlər. Təlim iştirakçıları həmçinin müəllimlərə portalın bütün imkanlarından yaralanmaq, avropalı əməkdaşlarla əlaqə yaratmaq, layihələrə qoşulmaq və TwinSpace alətindən effektiv istifadə etməyin yollarını öyrənirlər. Təlimdən sonra müəllimlər sual və çətinlikləri olan zaman dəstək və məsləhətlərlə təmin olunacaqlar. Bu məqsədlə Mədəd təşkilatı daxilində qaynar xətt və elektron poçt ünvanı vasitəsilə xidmət aktivdir ki, müəllimlər telefon, e-poçt, skype, onlayn vebinar və oflayn təlimlər vasitəsilə ehtiyaclarına yönəlik çevik kömək və təlimatlar ala biləcəklər.

eTwinning Plus layihəsinə qoşulmuş müəllimlər Avropa Komissiyasının təhsil işçiləri üçün təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmək imkanı qazanırlar. Sentyabr və oktyabr aylarında 2 tədbir keçiriləcək ki, ölkəmizdən eTwinning Plus layihəsinə cəlb olunmuş 3 müəllim də bu tədbirlərdə iştirak edəcəklər. 26-29 sentyabr tarixlərində Polşanın Krakov şəhərində eTwinning Plus layihəsində iştirak edən müəllim və Mədəd təşkilatının üzvləri ilə Polşadan olan nümayəndələr arasında peşəkar əlaqələrin yaradılması məqsədilə "eTwinning Plus Əlaqə Seminarı" təşkil olunacaqdır. Növbəti tədbir isə oktyabr ayında Litvanın Vilnius şəhərində keçiriləcək "Avropa Birliyinin proqram dəstəyi ilə məktəbinizin inkişafı. Məktəb liderləri üçün konfrans" adlanır. Vilnius konfransının iştirakçıları Avropa məktəbləri arasında əməkdaşlığın qurulmasında məktəb liderlərinin rolunu və Avropa Birliyinin Komenius kimi proqramlarının məktəblərin beynəlxalq strategiyalarının təkmilləşdirilməsinə dəstək olmaq yollarını araşdıracaqlar. İştirakçılar həmçinin Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən layihələrin və eTwinning layihəsinin məktəbin üzləşdiyi cari çətinlikləri aradan qaldırmağa yönəlik səmərəli töhfəsini müzakirə edəcəklər.

eTwinning layihəsi Avropalı müəllimlər arasında kifayət qədər populyarlıq qazanmışdır. Bunun isə bir sıra səbəbləri vardır. Avropa Komissiyasının yekun "eTwinning-in iştirakçı şagirdlər, müəllimlər və məktəblərə dair araşdırması" hesabatına əsasən layihənin əsas üstünlüyü ondadır ki, o, "dostluq və beynəlxalq icmanın bir hissəsi olmaq hissini daha da gücləndirir". eTwinning layihələri çərçivəsində əməkdaşlıq imkanları, İKT-dən səmərəli istifadəsi və pedaqoji innovasiyalar, digər peşəkarlarla əlaqələr və onların sosial və mədəni həyatı ilə tanışlıq, bütün bunlar layihələrin və mübadilələrin əsas elementləri hesab oluna bilər. eTwinning layihələrində iştirak şagirdlərdə və müəllimləri daha çox öyrənməyə, innovativ ideyalarla çıxış etməyə və maraqla işə cəlb olunmağa sövq edir ki, bu da birbaşa məktəbə, dolayı yolla isə bütövlükdə təhsil sisteminə öz müsbət təsirini göstərir. Müəllimlər bilavasitə bu layihədə iştirak etməklə öz bilik və bacarıqlarını təkmilləşdirir, daha kompetentli və təcrübəli, zamanın nəbzini tutan mütəxəssislərə çevrilirlər. Şagirdlər isə əməkdaşlıq və komandada işləməkdən faydalanır, İKT-dən daha məharətlə istifadə etməklə digər mədəniyyətlərlə daha yaxından tanış olurlar.

Mədəd Azərbaycan təşkilatı müəllimlərə gələcək işlərində uğurlar arzu edir və Azərbaycan müəllimlərinin xarici həmkarları ilə həyata keçirəcəkləri ortaq layihələr portalda ən çox müvəffəqiyyət qazanan layihələr sırasında olmağına ümid edir.


Paylaşın:




Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar