Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Fənlər üzrə Elektron Resursların Uğurlu Tətbiqi

Dövrün tələbinə uyğun olaraq son illər Azərbaycanda İKT-dən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə dövlət siyasətinin əsas məsələlərindən biri də təhsil sahəsinin informasiyalaşdırılmasıdır. Müvafiq olaraq, Təhsil Nazirliyi 2005-2007-ci illəri əhatə edən "Ümumtəhsil Məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə Təminatı" və 2008-2012-ci illəri əhatə edən "Təhsil Sisteminin İnformasiyalaşdırılması" üzrə dövlət proqramlarını müvəffəqiyyətlə tətbiq etməkdədir. Bu proqramların əsas məqsədi təhsilin bütün səviyyələrində müasir İKT alətlərinin tətbiqi və istifadəsini təmin etmək, beləliklə, təhsilin ümumi səviyyəsini yüksəltməkdir.

"Mədəd Azəbaycan" təşkilatı İKT-nin uğurlu tətbiqi məqsədilə British Council ilə əməkdaşlıq çərçivəsində "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsinin icrasına başlamışdır. Əsas məqsədi İngilis dilinin tədrisində elektron təhsil resurslarından fəal istifadə edən istifadəçilərin sayını artırmaqdan ibarət olan layihə Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevir şəhərləri olmaqla 5 regionda keçirilmişdir. Qeyd edək ki, Aprel-May 2012-ci il tarixləri arasında İngilis dilini tədris edən müəllimlər üçün nəzərdə tutulmuş pilot təlimlərdən 114 iştirakçı yararlanmışdır.

"Təlim zamanı bizə tədris prosesində müasir texnologiyalardan istifadə qaydaları öyrədildi. Bu imkanları əyani şəkildə tətbiq etməklə təhsil prosesi daha maraqlı və səmərəli olacaqdır," deyə təlim iştirakçılarında biri, 20 saylı məktəbdə dərs deyən Minaxanım Turabova bildirmişdir. Digər iştirakçı 54 saylı orta məktəbin müəllimi Asiman Həsənova elektron resursların tədris prosesinə tətbiqinin sosiallaşma baxımından önəmli olduğuna diqqət çəkmişdir: "Belə ki, yeni metodlar şagirdlərin qrup şəklində çalışmasını, müəllimlərin həm ölkə daxilində, həm də xaricdəki həmkarları ilə təcrübə mübadiləsini təşviq edir." Elə həmin tədris müəssisəsinin müəllimi olan Sevda Ələsgərova isə şagirdlərin dərsə həvəslə yanaşmasını, verilən tapşırıqların yerinə yetirilmə keyfiyyətinin artmasında elektron resurslardan istifadənin önəm daşıdığını vurğulamışdır.

Təlim iştirakçılarına təhsil sahəsində elektron resurslardan istifadənin şagirdlərin motivisiyasının artırılması, onların diqqətinin mərkəzləşdirilməsi, təhsilin fərdiləşdirilməsi imkanı, şagirdlərin materialı tez və dəqiq məlumat əldə etməklə mənimsəməsi və beləliklə, ümumilikdə dərsin səmərəliliyinin artırılması istiqamətində müsbət tərəfləri haqqında geniş məlumat verilmişdir. Bu layihə müəllimlərin birgə fəaliyyət vərdişlərinə yiyələnərək, fəal öyrənmə vasitəsilə sosial və rəhbərlik vərdişlərini inkişaf etdirməyə xidmət edən müxtəlif tapşırıqlar vasitəsilə onların yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına xidmət edir.


Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar