Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

Azərbaycan şagirdləri Intel® Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər

13-18 may 2012-ci il tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində Intel® Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. Sərgidə Azərbaycan tərəfindən 23-24 fevral 2012-ci il tarixlərində Bakı şəhərində keçirilən "Sabahın alimləri" respublika müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Azərbaycan nümayəndə heyəti tərkibinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri və "Sabahın Alimləri" respublika müsabiqəsinin direktoru Gültəkin Hüseynova, müsabiqənin Elmi Ekspertiza komitəsinin sədri Rövşən Xəlilov, təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov, Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva, Intel Təhsil layihələrinin Azərbaycan üzrə nümayəndəsi Xuraman Məmmədova və Sumqayıt şəhərindən olan aktiv iştirakçı-şagird müşahidəçi Elçin Həsənli də daxildir.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəd təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan "Sabahın alimləri" respublika müsabiqəsinin nəticəsi olaraq Bakı Dövlət Univeristetinin nəzdindəki "Gənc İstedadlar liseyi"nin şagirdləri Arif Bayramov "İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem" layihəsinə görə və Mahirə Səfərəlizadə "Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması" layihəsinə görə fərdi layihə nominasiyası, Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə "Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyanın təsiri" layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan olunmuşlar.

Sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və innovasiyalar ilə bağlı müxtəlif mövzularda görüşlər təşkil olunacaq, aparılan müzakirələrdə hər bir ölkənin təcrübəsi barədə fikir mübadiləsi aparılacaq.

Intel® Beynəlxalq Elm və Mühəndislik Sərgisi dünyada ən böyük beynəlxalq elm müsabiqəsi olaraq, hər il 65 ölkədən, regiondan və ərazidən olan 1,500-dən artıq yuxarı sinif şagirdlərinin iştirakı ilə onların müstəqil tədqiqatlarını nümayiş etdirmək üçün forum təşkil edir. Intel ISEF gənclərin elmi fikirlərini birləşdirir, beynəlxalq aləmdə onların istedadlarını nümayiş etdirir, onların tədqiqatlarını təcrübəli alimlər tərəfindən mühakimə etməyə imkan yaradır. 2012-ci ildən etibarən Azərbaycan məktəbliləri bu tədbirin iştirakçılar siyahısına qatılıblar.


Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar